MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN ATƏŞ AÇMASI İLƏ BAĞLI ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNİN MƏLUMATI YALANDIR 

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində atəş açılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.