MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSU ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİNİ ATƏŞƏ TUTMAYIB

Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik.

Bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.