MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN-ERMƏNİSTAN DÖVLƏT SƏRHƏDİNDƏ ORDUMUZUN BÖLMƏLƏRİ TƏRƏFİNDƏN QARŞI TƏRƏFİN MÖVQELƏRİNƏ ATƏŞ AÇILMASI MƏLUMATI YALANDIR

Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan məlumatda qeyd edilib.