MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN BÖLMƏLƏRİNİN ATƏŞİ NƏTİCƏSİNDƏ ERMƏNİ HƏRBÇİNİN YARALANMASI XƏBƏRİ YALANDIR

Azərbaycan bölmələrinin atəşi nəticəsində erməni hərbçinin yaralanması xəbəri yalandır.

Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

“Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat yalandır, həqiqəti əks etdirmir” – açıqlamada deyilir.