MÜDAFİƏ NAZİRLİYİ ƏHALİNİ PARTLAYIŞ SƏSLƏRİ İLƏ BAĞLI TƏŞVİŞƏ DÜŞMƏMƏYƏ ÇAĞIRIB

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – məlumatda qeyd edilir.