MÜBARİZ QURBANLI: PREZİDENT İLHAM ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİ GƏLƏCƏK NƏSİLLƏR TƏRƏFİNDƏN DƏ XATIRLANACAQ

Prezident İlham Əliyev elə bir tarixi xidmətlərə imza atıb ki, o hər zaman gələcək nəsillər tərəfindən də xatırlanacaq.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda keçirilən konfransda söyləyib.

Müstəqilliyimiz bərpa edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı dövlət-din siyasətinin daha da möhkəmləndiyini vurğulayan komitə sədri əlavə edib: “Son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Prezident İlham Əliyevin xidmətləri danılmazdır”.