MÜBARİZ QURBANLI: AZƏRBAYCAN ƏHALİSİNİN TƏXMİNƏN 96 FAİZİ MÜSƏLMANDIR

Azərbaycandakı bütün dinlərin nümayəndələri dini ayinlərini, öz ibadətlərini sərbəst şəkildə yerinə yetirirlər. Bu gün Azərbaycan əhalisinin təxminən 96 faizi müsəlmandır.

Bu sözləri jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu vurğulayan komitə sədri qeyd edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, bununla yanaşı, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri vardır.

Mübariz Qurbanlının sözlərinə görə, hazırda Azərbaycanda qeyri-müsəlman icmaların sayı 37-dir.