Yaxın gələcəkdə müəllimlərin sertifikasiyanı planlaşdırırq.
Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, müəllimlərin sertifikasiyası əvvəldən planlaşdırılırdı, sadəcə pandemiya ləngiməyə səbəb oldu. O qeyd edib ki, sertifikasiyanın məqsədi müəllimləri işdən çıxarmaq yox, təhsilin keyfiyyətini artırmaqdır: “Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı da müəyyən fikirlər səsləndirilirdi, lakin sonradan bunun müsbət nəticələrinin olduğunu hər kəs gördü”.