MÜƏLLİMLƏRİN MAAŞLARINA ƏLAVƏLƏR MÜƏYYƏN EDİLƏCƏK – FƏRMAN

Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilir.

Direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

Təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).