MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU ÜZRƏ VAKANSİYA SEÇİMİNİN TARİXLƏRİ AÇIQLANIB

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, namizədlər iyulun 26-sı saat 11:00-dan iyulun 27-si saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.