Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Müsahibə mərhələsinin V günü ibtidai sinif, fiziki tərbiyə, riyaziyyat, tarix, kimya, biologiya, coğrafiya və musiqi fənləri üzrə müsahibələr təşkil olunub.
Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrə 728 nəfər dəvət olunub.