MSK SƏDRİNİN MÜAVİNİ: SEÇKİLƏRDƏ İŞTİRAK ETMƏK ÜÇÜN 401 VƏTƏNDAŞ SƏNƏDLƏRİNİ SEÇKİ KOMİSSİYALARINA TƏQDİM EDİB

Passiv seçki hüququna malik 401 vətəndaş seçkilərdə namizəd qismində iştirak etmək iddiası ilə dairə seçki komissiyalarına sənədlərinin böyük qismini təqdim edib. Siyasi partiyalar seçkilərlə bağlı kifayət qədər fəallıq nümayiş etdirirlər. Belə ki, bu namizədlər arasında təqribən 168 şəxs 13 siyasi partiyanın təmsilçisidi. Bu say sürətlə artır.

Bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov söyləyib.

O bildirib ki, hələlik akkreditasiya üçün 150-yə yaxın yerli müşahidəçi müraciət edib və akkreditə olunub. Amma bu proses hələlik o qədər də intensiv xarakter daşımır. Çünki proseslər seçkiyə az qalmış intensivləşir.