MSK SƏDRİ: İNDİYƏDƏK 14 MİN 500-DƏN ÇOX YERLİ MÜŞAHİDƏÇİ QEYDİYYATDAN KEÇİB

Prezident seçkiləri ilə əlaqədar indiyədək qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.