MÖVLUD ÇAVUŞOĞLU: YENİ HAVA LİMANLARI SAYƏSİNDƏ QARABAĞIN DÜNYA İLƏ ƏLAQƏSİ QURULDU

Hava limanlarının açılması sayəsində azad edilən torpaqların dünya ilə əlaqəsi quruldu.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Akdeniz Universitetində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan 30 ildir davam edən haqsız işğala son qoyub.

“Prezidentlərimizin imzaladığı Şuşa bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasının şahidi oluruq. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi quruldu”, – deyə M.Çavuşoğlu əlavə edib.