MÖVLUD ÇAVUŞOĞLU: YAXIN GÜNLƏRDƏ İSTANBUL-YEREVAN REYSİ ÜZRƏ UÇUŞLAR HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-Yerevan-İstanbul reysinin açılması ilə bağlı müraciətlərini nəzərdən keçirir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, aviaşirkətlərin müraciətləri Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır.

“Prinsip etibarilə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə bu marşrut üzrə hansı şirkətlərin uçuşlar həyata keçirə biləcəyi müəyyənləşdiriləcək”, – deyə o bildirib.