Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsi ilə bağlı paylaşım edib.
Bu barədə Türkiyə XİN başçısının “Twitter” hesabında bildirilib.
“30 il əvvəl Xocalıda dünyanın gözü qarşısında baş verən vəhşiliyi unutmadıq və unudulmasına da imkan verməyəcəyik! Azərbaycanın kədəri bizim kədərimizdir” – deyə paylaşımda qeyd olunub.