MÖVLUD ÇAVUŞOĞLU: TÜRKİYƏ VƏ ERMƏNİSTAN XÜSUSİ NÜMAYƏNDƏLƏRİNİN İLK GÖRÜŞÜ YANVARDA BAŞ TUTA BİLƏR

Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər.

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, iki ölkənin xüsusi nümayəndələrinin görüşünün vaxtı hələ razılaşdırılmayıb, lakin bu yanvarda baş tutacağı gözlənilir.

Daha əvvəl, Çavuşoğlu bildirmişdir ki, ilk belə görüş Moskvada baş tuta bilər.