
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib.
Nazir bu barədə rəsmi “Twitter” hesabında bildirib.
“Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. Türkiyə və Azərbaycan daim tək səs, tək ürəkdir”, – deyə Mövlud Çavuşoğlu qeyd edib.