MÖVLUD ÇAVUŞOĞLU: TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA İLK GÖRÜŞ MOSKVADA KEÇİRİLƏCƏK

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ilk iclas Moskvada keçiriləcək.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türkiyənin xarici siyasəti sahəsində 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O xatırladıb ki, 3+3 formatında ilk görüş artıq keçirilib. Nazir bildirib ki, İstanbul-Yerevan marşrutu il uçuşlar da tezliklə başlayacaq.

Qeyd edək ki, Türkiyə-Ermənistan danışıqlarında Türkiyəni ABŞ-dakı sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlamentin spiker müavini Ruben Rubinyan təmsil edəcək.