Türkiyə Fələstində dinc sakinlərin müdafiəsnin təmin olunması üçün beynəlxalq qüvvələrin yaradılmasının tərəfdarıdır.
Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.
O bildirib ki, Fələstin məsələsində birlik göstərməyin vaxtı çatıb:
“Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyinin təmin olunmasına məsuliyyət daşıyır, və bu məsuliyyətin böyük hissəsi İƏT-in üzərinə düşür. Biz Fələstin sakinlərinin müdafiəsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində işləməliyik. Bu təşəbbüs maraqlı tərəflərin hərbi və maliyyə dəstəyinə malik olan beynəlxalq qüvvələrin yaradılmasını da əhatə etməlidir”.