MÖVLUD ÇAVUŞOĞLU: TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASI TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI ADLANACAQ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – Türk Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılacaq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.
O deyib: “Ata yurdumuz Asiyanın dünya siyasətində önəmi artmaqdadır. Sabahkı Zirvə Görüşündə dövlət başçılarımız mühüm qərarlar qəbul edəcəklər. İlk növbədə, bu il qardaş Türkmənistanın müşahidəçi ölkə olaraq aramıza qatılması ilə ailə tablomuzu tamamladıq. İkincisi, ailə məclisimizin adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdiririk. Bunun vaxtı çoxdan çatıb”.