MÖVLUD ÇAVUŞOĞLU: TÜRK DÜNYASINDA BİRLİYİN VƏ HƏMRƏYLİYİN DƏRİNLƏŞMƏSİ ÜÇÜN SƏYLƏRİMİZ DAVAM EDİR

Türk dünyasında birliyin və həmrəyliyin dərinləşməsi üçün səylərimiz davam edir.

Bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 3 Oktyabr – “Türkdilli Ölkələrin Əməkdaşlıq Günü” münasibətilə özünün tviter hesabında paylaşımında bildirib.

Türkiyənin xarici işlər naziri paylaşımında Türkdilli Ölkələrin Əməkdaşlıq Günü münasibətilə türkdilli dövlətləri təbrik edib.