MÖVLUD ÇAVUŞOĞLU: TƏƏSSÜF Kİ, FRANSA OBYEKTİV OLA BİLMİR

Təəssüf ki, Fransa və Fransa prezidenti Makron obyektiv ola bilmir.

Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib.

“Cənab Prezident İlham Əliyev Makronun təklifini qəbul etdi və Praqada dördtərəfli görüş keçirildi. Anladığım qədəri ilə, hətta bu iclası da Azərbaycana təzyiq göstərmək üçün keçirmişdilər. Amma artıq sizin qarşınızda hər dediyinizi qəbul edən bir Azərbaycan yoxdur, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Təxribat törədən edən ortadadır. İşğalçının kim olduğunu hər kəs bilirdi. 30 il Qarabağ problemi niyə həll olmadı? Buna səbəb Minsk üçlüsünün Rusiya, ABŞ, Fransının qeyd-şərtsiz Ermənistana dəstək verməsidir. Azərbaycan 30 il səbr etdi. Nəticədə öz torpaqlarını Ermənistanın işğalından azad etdi. Beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan torpağıdır”, – deyə M. Çavuşoğlu bildirib.