MÖVLUD ÇAVUŞOĞLU: ŞUŞA BƏYANNAMƏSİ MÜTTƏFİQLİYİMİZİN XALQLARIMIZ TƏRƏFİNDƏN DƏ DƏSTƏKLƏNDİYİNİN GÖSTƏRİCİSİDİR

Ötən ay Şuşa bəyannaməsi parlamentlərimiz tərəfindən də təsdiq edildi. Azərbaycan və Türkiyə təbii müttəfiqdir. Ancaq bu bəyannamə müttəfiqliyimizin xalqlarımız tərəfindən də dəstəkləndiyinin göstəricisidir.

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu bəyannamə iki qardaş ölkə arasında çoxlu sayda sahələri əhatə edir.