MÖVLUD ÇAVUŞOĞLU: QARDAŞ AZƏRBAYCANI BUNDAN SONRA DA HƏR SAHƏDƏ DƏSTƏKLƏYƏCƏYİK

Qardaş Azərbaycanı bundan sonra da hər sahədə dəstəkləyəcəyik.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında qeyd edib.

“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovu Ankarada görməkdən məmnunam. Bütün dünyaya nümunə olan əlaqələrimizi və regional prosesləri dəyərləndirdik. Qardaş Azərbaycanı bundan sonra da hər sahədə dəstəkləyəcəyik”, – deyə nazir bildirib.