MÖVLUD ÇAVUŞOĞLU: MÜASİR İPƏK YOLUNU YENİDƏN İNŞA EDİRİK

Müasir İpək yolunu yenidən inşa edirik, Orta dəhlizi canlandırırıq.

Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Orta dəhlizi canlandırmaq üçün Türkiyə-Azərbaycan- Özbəkistan, Türkiyə-Azərbaycan- Qazaxstanla olan üçlü iclaslarımızı fərqli formatlarda davam etdiririk.

“Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasına çalışırıq”, – deyə Türkiyə XİN rəhbəri əlavə edib.