MÖVLUD ÇAVUŞOĞLU: ERMƏNİSTAN AZƏRBAYCANIN QARABAĞI İŞĞALDAN AZAD ETMƏSİNİ QƏBUL EDƏ BİLMİR

Azərbaycanla bərabər Ermənistanla münsibətləri normallaşdırmaq istədik. Azərbaycan sülh təklif etdi. Bu səmimiyyət göstəricisidir.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-ə müsahibəsində bildirib.

“Ermənistan 30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini qəbul edə bilmədi. Davamlı olaraq Qarabağa silah daşıyırlar, gərginliklər yaradırlar. Azərbaycanda buna qarşı addmılar atır. Biz daima Azərbaycanın yanındayıq. Azərbaycanla məsləhətləşmələr apararaq Ermənistanla münaibətlərin normallaşması istiqamətində addımlar atdıq”, – deyə Çavuşoğlu əlavə edib.