Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi “İpək yolu”nu yenidən bərpa etmək üçün addımlar atırıq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ölkəmizi dünya ticarətində strateji mərkəzə çevirməyə çalışırıq. Şərq-Qərb dəhlizinin əhəmiyyəti artıb. Biz də Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi “İpək yolu”nu yenidən bərpa etmək üçün addımlar atırıq”, – deyə M.Çavuşoğlu əlavə edib.