MÖVLUD ÇAVUŞOĞLU AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.

Bu barədə Türkiyə XİN başçısı öz rəsmi “Twitter” səhifəsində bildirib.

“NATO Xarici İşlər Nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün Azərbaycandayıq”, – M.Çavuşoğlu qeyd edib.