Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Azərbaycana səfər edəcək.
Bu barədə M.Çavuşoğlu NATO xarici işlər nazirlərinin fövqəladə iclasından sonra mətbuat konfransı zamanı deyib.
O bildirib ki, səfər çərçivəsində Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.