MÖVLUD ÇAVUŞOĞLU AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNİN 30 İLLİYİ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən təsis edilməsinin, qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

“Kədərdə və sevincdə hər zaman birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə paylaşımda qeyd olunub.