MÖVLUD ÇAVUŞOĞLU 18 OKTYABR MÜNASİBƏTİLƏ AZƏRBAYCANI TƏBRİK EDİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə bu gün nazir rəsmi “Twitter” hesabında qeyd edib.

“Müstəqilliyin Bərpası Günü münasibətilə can Azərbaycanı ürəkdən təbrik edirəm. Biz Türklər hür doğduq, hür yaşarıq!”, – deyə paylaşımda qeyd olunub.