MOTOSİKLET QƏZASI KEÇİRƏN ÇEXİYA PREZİDENTİ XƏSTƏXANADAN EVƏ BURAXILIB

Çex Respublikasının Prezidenti Petr Pavel keçirdiyi motosiklet qəzasından sonra xəstəxanadan evə buraxılıb.

Sinxua agentliyi xəbər verir ki, o, müalicəsini ev şəraitində davam etdirəcək.

Bir müddət əvvəl Petr Pavel motosiklet sürərkən zədələnib. Xəsarətləri ciddi olmadığı üçün onun Mərkəzi Hərbi Hospitalda müayinə və müalicə uzun sürməyib. Dövlət başçısının administrasiyası hadisə ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Çexiya Prezidenti avtomobil idmanı həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefadakı generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.