MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI KİRİLL PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI VERİB

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bakı Yeparxiyasının ruhaniləri ilə birlikdə mərhəmətli Yaradana dualar edirəm ki, kədərlənənlərin və yaralananların qəlbinə təsəlli bəxş etsin, bu faciənin təsirinə məruz qalan insanların hamısına güc versin”.