MOSKVADA MÜSLÜM MAQOMAYEVİN ANIM GÜNÜ QEYD OLUNUB

Moskvada görkəmli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

Müslüm Maqomayevin Rusiya paytaxtında ucaldılmış abidəsi önündə xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, müğənninin sənətinin pərəstişkarları toplaşıblar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları Müslüm Maqomayevin xatirəsini yad edərək, abidəsi önünə gül qoyublar. Tədbirdə dahi müğənninin repertuarından mahnılar səslənib.