Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Moskvada Dağlıq Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra ilk görüşünü keçirib.
Bu barədə TASS məlumat verir.
Məlumata görə, görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə edilib. Həmçinin, onlar 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.