
Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilir.
Bu barədə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.
Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə edəcəklər.
Aleksey Overçuk bir neçə gün əvvəl jurnalistlərə müsahibəsində görüşdə Azərbaycan-Ermənistan sərhədi ilə bağlı məsələlərin də nəzərdən keçiriləcəyini deyib. “Bu sərhəddə beynəlxalq sərhədlərdə olan bütün nəzarət növləri – pasport, gömrük və s. fəaliyyət göstərəcək”, – deyə o bildirib. A.Overçuk əlavə edib ki, tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu xəttinin bərpasına olduqca yaxındırlar.