MOSKVA MƏHKƏMƏSİ RUSİYA MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİNİ HƏBS EDİB

Moskvanın Basman məhkəməsi dünən saxlanılan Rusiya müdafiə nazirinin müavini Timur İvanovu həbs edib.

Nazir müavini xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Eyni zamanda, məhkəmə rüşvət almada şəriklikdə ittiham olunan Sergey Borodini də həbs edib.

İstintaqın versiyasına görə, Timur İvanov və Sergey Borodin RF Müdafiə Nazirliyinin müqavilələri ilə korrupsiya sxemində iştirak ediblər.