“MOODY’S” AZƏRBAYCANIN KREDİT REYTİNQİ ÜZRƏ PROQNOZUNU ARTIRIB

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent və prioritet təminatsız borclar üzrə reytinqini “Ba2” səviyyəsində təsdiq edib.
Bu barədə agentliyin hesabatında deyilir.
Qeyd olunur ki, bu proqnoz ölkədə idarəetmənin, xüsusən də siyasi idarəetmənin yaxşılaşmasının qiymətləndirilməsini əks etdirir.
“Monetar və makroqtisadi siyasətin təkmilləşdirilməsi bank sektorunun mümükün şoklar qarşısında stabilliyinə kömək göstərə bilər. Eyni zamanda, fiskal buferlərdən səmərəli istifadə hökumətin maliyyə və borc göstəricilərindəki pisləşmənin qarşısını ala bilər”.
Reytinqin təsdiq olunması Azərbaycanın kredit üstünlüklərini tarazlaşdırır və həm dövlət likvidliyinin, həm də xarici həssaslığın risklərini azaldır. Bu proqnoz həm də daxili siyasi sabitliyi əks etdirir.