MONQOLUSTANDA GÜCLÜ ZƏLZƏLƏ OLUB – TƏKANLAR RUSİYADA DA HİSS EDİLİB

Monqolustanda Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Xubsuqul gölü yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.

Qeyd olunur ki, 3-4 bal gücündə yeraltı təkanlar Rusiyanın İrkutsk vilayətində də hiss olunub.