MONQOLUSTAN DÖVLƏT BAŞÇISI PREZİDENT İLHAM ƏLİYEVİ ÖLKƏSİNƏ SƏFƏRƏ DƏVƏT EDİB

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib.

Qombosuren Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini deyib. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq, Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.