MOLDOVANIN XARİCİ İŞLƏR VƏ AVROPA İNTEQRASİYASI NAZİRİ AZƏRBAYCANA GƏLİB

Moldovanın baş nazir müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku Azərbaycana işgüzar səfər edib.

Bu barədə Moldovanın Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyi məlumat verir.

Qeyd olunur ki, səfər xarici işlər naziri Ceyhun Bayramovun dəvəti üzrə təşkil ounub. Nazir fevralın 8-dən 10-dək Azərbaycanda olacaq.

“Səfər Azərbaycanla Moldova arasında “Cənub Qaz Dəhlizi”nin strateji vacibliyi kontekstində ticari-iqtisadi, investisiya və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məqsədi daşıyır”, – deyə məlumatda bildirilir.