Azərbaycan pandemiya dövründə Moldovaya tibbi yardım göstərdi. Buna görə Azərbaycana təşəkkür edir və bu dəstəyi yüksək qiymətləndiririk.
Bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan və Moldova daim bir birini dəstəkləyir. “İki ölkə arasında humanitar sahədə də səmərəli əməkdaşlıq mövcuddur”, – deyə nazir bildirib.