MOLDOVA PARLAMENTİNİN SƏDRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB

Yanvarın 21-də Moldova parlamentinin sədri İqor Qros Azərbaycana səfərə gəlib.

Azərbaycanın və Moldovanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.