
Moldovanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
“Politik”, “Timpul”, “Noi” və digər xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə dövlətimizin başçısının sitatlarına istinadla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlandığı vurğulanıb. Məqalələrdə qeyd olunur ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülhpərvər konsepsiya olacaq və Azərbaycan bütün beynəlxalq konvensiyalarda məqbul olan müddəaları götürərək bunun əsasında öz hüququnu tələb edəcək.
“Azərbaycanın tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır”, – deyə məqalələrdə diqqətə çatdırılıb.

