MOLDOVA KİV-LƏRİ AZƏRBAYCAN PREZİDENTİNİN GÜRCÜSTAN SƏFƏRİNƏ GENİŞ YER AYIRIB

Moldovanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərinə geniş yer ayırıb.

Moldovanın “Trimpul”, “Tv8”, “Dosarmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərinin xüsusi əhəmiyyəti vurğulanıb.

Məqalələrdə dövlətimizin başçısı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli ilə görüşünə toxunulub, birgə bəyanatda səslənən fikirlərə yer ayrılıb. Xüsusilə, Azərbaycan Prezidentinin səfərinin regionda strateji əlaqələrin yaradılmasına töhfə verəcəyi vurğulanıb.