MİXAİL QALUZİN: RUSİYA QARABAĞDA SÜLHMƏRAMLILARIN OLMASI ŞƏRTLƏRİNİ YALNIZ AZƏRBAYCANLA MÜZAKİRƏ EDƏCƏK

Rusiya sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Azərbaycanla müzakirə edəcək.

Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, – o deyib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağa yerləşdirilib.