
Misirin “Asiaelyoum” informasiya agentliyinin saytında Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfərindən bəhs edən xəbər yerləşdirilib.
Xəbərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində işğaldan azad olunmuş ərazilərə səfərdən yaydığı görüntülər də yer alıb.