
Misirin “Air Cairo” aviaşirkəti martın 18-dən etibarən Azərbaycan uçuşları bərpa edir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Məlumata əsasən, uçuşlar Şarm-əş-Şeyx-Bakı-Şarm-əş-Şeyx marşrutu ilə həyata keçiriləcək.
Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə, cümə günləri baş tutacaq.
Şarm-əş-Şeyxdən təyyarə saat 16:00-da yola düşəcək və 22:00-da Bakıya çatacaq. Əks istiqamətdə saat 23:00-da Bakıdan yola düşən təyyarə 01:00-da Şarm-əş-Şeyxə çatacaq.