“MİQRASİYA ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA ƏSASNAMƏ”DƏ DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

– 80-ci maddə aşağıdakı redaksiyada verilir:

“80. Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

– 81-ci maddə ləğv edilir;

– 85-ci maddədə “həyata keçirilir” sözləri “də həyata keçirilə bilər” sözləri ilə əvəz edilir;

– 90-cı maddə aşağıdakı redaksiyada verilir:

“90. Miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alırlar.”.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.